Azərbaycan Premyer Liqasının XVII turu daha bir futbolçunun qol hesabını açması ilə əlamətdar olub.
Sportinfo.az xəbər verir ki, “Qəbələ”nin müdafiəçisi Murad Musayev Premyer Liqadakı ilk qolunu “Sumqayıt”a vurub.
O, ilk dəfə fərqlənməsini 52-ci matçında rəsmiləşdirib. Musayev səfərdəki görüşədək ilk qol həsrəti ən uzun müddət davam edən ikinci oyunçu adına şərik idi.
Antirekord isə Elvin Camalova məxsusdur. “Sabah”ın yarımmüdafiəçisi 171 oyunda qol sevinci yaşamayıb.
Premyer Liqada 30 və daha çox oyun keçirib qol vurmayanlar:
1. Elvin Camalov (“Sabah”) - 171
2. Hacıağa Hacılı (“Zirə”) – 52
3-4. Rafael Məhərrəmli (“Keşlə”) – 43
3-4. Eltun Turabov (“Sumqayıt”) – 43
5. Elçin Rəhimli (“Səbail”) - 36

