“Qəbələ” İdman Klubu yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.
Bölgə təmsilçisi “Kəhriz Su” ilə əməkdaşlığa başlayıb.
Şirkət “qırmızı-qaralar”ın su tərəfdaşı olaub.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Sportinfo.az-a bildirib ki, razılaşma 2022/23 mövsümünün sonunadək nəzərdə tutulub.

“Qəbələ”nin əsas komandasının oyun formalarının qolunda şirkətin loqosu əks olunacaq. Qəbələ şəhər stadionunda “Kəhriz Su” reklam bannerləri yer alacaq.
A.Hacıyevin sözlərinə görə, yeni tərəfdaş akademiyanın da işinə yarıyacaq. Belə ki, aşağı yaş qrupları üzrə komandaları səfər oyunları zamanı “Kəhriz Su”dan istifadə edə biləcək.

