Avrokuboklara vəsiqə qazanmaq iddiasında olan “Qəbələ” yeni tərəfdaş tapıb.
Əyalət klubu bu dəfə “Kəhriz Su” ilə əməkdaşlığa dair razılığa gəlib.
Onlarla imzalanan müqavilənin müddəti 2023-ci ilin yayınadək nəzərdə tutulub.
“Qəbələ” bundan əvvəl “West Hospital” klinikası ilə tibbi tərəfdaşlıq müqaviləsi imzalanıb.Tərəflər arasında əməkdaşlıq razılaşması 1,5 illik nəzərdə tutulub.
Müqaviləyə əsasən, “West Hospital”ın loqosu “Qəbələ”nin əsas komandasının formasının qolunda əks olunacaq. Klubun stadionunda və mətbuat konfransı zalında da loqo yer alacaq.
“Qəbələ“ daha öncə əsasən baş sponsoru - “Gilan Holdinq“ə daxil olan şirkətlərlə əməkdaşlıq edib.
SPORTİNFO.AZ

