Əlamətdar hadisənin sevincini "Sportinfo" ilə bölüşdü: "Gözəl hissdi, amma..."

1 Mart 2022 22:20 Qəbələ 698
Əlamətdar hadisənin sevincini "Sportinfo" ilə bölüşdü: "Gözəl hissdi, amma..."

"Qəbələ"nin müdafiəçisi Murad Musayev Sportinfo.az-a açıqlama verib.

Təcrübəli oyunçu Premyer Liqanın 17-ci turu çərçivəsində səfərdə "Sumqayıt"ı darmadağın etdikləri matçı şərh edib:

"Bizim üçün çox vacib oyun idi. Qalib gəlməyi çox istəyirdik. Sumqayıt səfərinin ağır olduğunu da bilirdik. Ona görə də matça yaxşı hazırlaşmışdıq. Verilən tapşırıqları yerinə yetirib, 3 xal qazanmaq istəyirdik. Şükür olsun ki, sonda buna nail olduq".

Matç Musayev üçün həm də ona görə əlamətdar oldu ki, o, "Qəbələ" karyerasındakı ilk qolunu məhz Sumqayıtdakı görüşdə rəqib qapısından keçirdi. 27 yaşlı oyunçu tarixi qolla bağlı hisslərini belə ifadə elədi:

"Qol vurmaq gözəl hissdi. Qol vurub komandama xeyir vermək məni iki qat sevindirir. Amma kimin qol vurması bizim üçün önəmli deyil. Əsas birlikdə mübarizə aparıb, qalib gəlməkdir".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti