"Qəbələ"ni sevindirən, amma rahat etməyən xəbər

26 Fevral 2022 23:20 Qəbələ 875
"Qəbələ"ni sevindirən, amma rahat etməyən xəbər

"Qəbələ"nin zədəli yarımmüdafiəçisi Asif Məmmədovun durumu yaxşılaşlb.

Kapitan artıq bu gündən komanda ilə məşqlərə başlayıb.

Amma təcrübəli oyunçunun qarşıdakı tur "Sumqayıt"la matçda əsas heyətdə meydana çıxıb-çıxmamasına baş məşqçi Elmar Baxşıyev oyun günü qərar verəcək. Çünki o, cəmi 1 məşq komanda ilə bərabər hazırlaşa bilib.

Asif Məmmədov ötən tura doğma meydanda qələbə qazanıdıqları (2-0) "Səbail"lə qarşılaşmanın 46-cı dəqiqəsində zədələnərək yerini Emil Səfərova verməli olmuşdu.

"Sumqayıt" - "Qəbələ" görüşü sabah, saat 19:15-də start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti