Əvəzlənərkən etiraz etdi, baş məşqçi sorğu-suala tutdu, məlum oldu ki...

21 Fevral 2022 16:40 Qəbələ 1 278
Əvəzlənərkən etiraz etdi, baş məşqçi sorğu-suala tutdu, məlum oldu ki...

Patrik Robson hələ ki, gölənilən effekti verə bilmir.

“Qəbələ”nin qış fasiləsində heyətinə qatdığı braziliyalı vinger koronavirusa yoluxduğuna görə, haırlığın əsas mərhələsində iştirak edə bilməmişdi.

Buna baxmayaraq, baş məşqçi Elmar Baxşıyev mövsümün ikinci yarısının startında ona şans verməklə yadda qaldı.

Patrik fevralda bölgə təmsilçisinin keçirdiyi 4 oyunun hamısında meydanda olub və 175 dəqiqə mübarizə aparıb. Di gəl, qol vurmaq tapşırığının öhdəsindən gələ bilməyib. Halbuki, “Səbail”lə sonuncu matçda buna yaxın idi.

Mövzuya toxunmağımızın əsas səbəbi Robsonun qol vurmaması yox, şənbə günkü matçda əvəzlənərkən etdiyi hərəkət idi.

67-ci dəqiqədə baş məşqçi braziliyalını Ülvi İsgəndərovla dəyişəndə, Robson narazı görünürdü. Meydanı tərk edərkən komanda yoldaşlarından kiməsə etiraz etdi, ardınca heç kimlə əl sıxmadan birbaşa skamyaya tərəf yön aldı.

“Qəbələ”də nizam-intizamın yüksək səviyyədə olduğunu nəzərə alsaq, yeni transferin “köhnə kəndə yeni adət gətirməsi” birmənalı qarşılana bilməz.

Elmar bəy Sportinfo.az-a açıqlamasında diqqətimizdən yayınmayan məqamla bağlı danışıb:

“Orda ciddi etiraz olmadı. Amma hansısa məqamdan narazı olduğu görünürdü. Oyundan sonra özü ilə danışdıq, səbəbini soruşduq.

Dedi, əlverişli qol imkanlarından yararlana bilməmişdim deyə, kefim yox idi. Belə deyim, əsəbi bizə yox, özünə idi.

Ümumi götürəndə normal xarakterə və intizama sahib futbolçudur. İnşallah, futbolçu kimi də nəyə qadir olduğunu göstərəcək”.

23 yaşlı"sambaçı" “Admira”dan 2023-cü ilin yayına qədər icarəyə götürülüb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti