«Sumqayıt»ın baş məşqçisi Aleksey Baqa iki yerli futbolçunun xidmətində maraqlıdır.
Belaruslu çalışdırıcı «Qəbələ»dən Ülvi İsgəndərovla Rövlan Muradovu öz sərəncamında görmək istəyir.
Elə onlar da yayda düşərgəni dəyişməyə tərəfdardır.
Ülvi bir neçə il öncə icarə əsasında «kimyaçılar»ın formasını geyinib. Rövlan isə bir müddət «Qarabağ»ın sıralarında yer alıb.
Onların «Qəbələ»də qazancı 1500 manat civarındadır. Yeni çağırış isə hər birinə bundan iki dəfə çox qazanc gətirəcək.
SPORTİNFO.AZ

