Əyalət klubunun baş məşqçisi “TƏHLÜKƏLİDİR” dedi

19 Fevral 2022 17:30 Qəbələ 1 218
Əyalət klubunun baş məşqçisi “TƏHLÜKƏLİDİR” dedi

“Səbail” sonuncu yerdə olsa da, təhlükəli komandadır. Rəqib meydanda sürpriz edə biləcək gücdədir”.

Sportinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XVI turunun “Səbail”lə açılış oyunu barədə danışarkən deyib.

42 yaşlı mütəxəssis doğma arenalarında 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra komandasının çıxışını dəyərləndirib:

“Komandanı ağır matça hazırlamışdıq. Bilirdik ki, qələbə qazanmaq üçün maksimum köklənməliyik. Oyunçular verilən tapşırığı yerinə yetirdilər və layiqli qələbə qazandıq.

Birinci hissədə 4-5 qol şansımız oldu. Onları dəyərləndirə bilmədik. Futbolda belə hallar olur. İstədiyimi meydanda görürdüm”.

Çalışdırıcı kapitan Asif Məmmədovun ehtiyatdan başlamasına aydınlıq gətirib. O, sona yaxın zədələnən yarımmüdafiəçinin durumu barədə də məlumat verib:

"Asif Məmmədov mənim üçün önəmli oyunçulardan biridir. Bütün matçlarda iştirak edib.

Sadəcə, bu gün istirahət etməsi üçün onu ehtiyatdan oyuna daxil etdik. Zədəsi çox ciddi deyil. İnanırıq ki, qarşıdakı günlərdə komandaya qoşulacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti