"Əgər Allah istəyəcəksə..."

19 Fevral 2022 02:10 Qəbələ 593
"Əgər Allah istəyəcəksə..."

“Ölkə kubokunda yarımfinala yüksəlmək istəyirik.

Əgər, Allah istəyəcəksə, çempion olacağıq. Amma indi biz işləyirik və yalnız qarşıdakı matçı düşünürük”.

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Patrik Robson deyib.

Bölgə klubunun qış transferlərindən olan braziliyalı futbolçu kollektivin onu qarşılamasından da söz açıb:

“Kollektiv məni çox yaxşı qarşıladı. Meydanda olanda hər şeyi unuduram və yalnız komandama xeyir vermək üçün çalışıram. “Qəbələ”də də bu cür olacaq”.

“Əslində, yayda “Qəbələ”yə keçmək istəyirdim. Amma həmin vaxtı alınmamışdı. İndi gəldim və komanda üçün ən yaxşısını etməyə çalışacam” – deyə, Patrik Robson fikirlərini yekunlaşdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti