Bölgə klubu yeni transferlərindən razı deyil

19 Fevral 2022 14:00 Qəbələ 1 214
Bölgə klubu yeni transferlərindən razı deyil

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.

Turun ilk günündə iki matç baş tutacaq.

Günün ilk görüşü Qəbələdə keçiriləcək. Eyniadlı komanda çempionatın autsayderi “Səbail”i sınağa çəkəcək.

“Qəbələ” ikinci pillədəki mövqeyini qorumaq, qonaqlar isə son sıradan qurtulmaq üçün qələbə qazanmağa çalışacaq.

Bu qarşılaşma öncəsi toplantı keçirən Elmar Baxşıyev yeni transferlərdən Patrik Robsondan narazılığın ifadə edib. Baş məşqçi qış fasiləsində «Admira Vakker»dən icarəyə götürülən braziliyalı vingerdən başqa performans gözlədiyini bildirib.

O, həmçinin müdafiəçiləri tənbeh eləyib. Samet Karakoçun timsalında arxa xətt oyunçularına son oyunlarda yol verdikləri səhvləri xatırladan çalışdırıcı onlardan diqqətli olmalarını istəyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti