"Reklama ehtiyacı yoxdur, gücünü də bilirik" - FOTOREPORTAJ

15 Fevral 2022 03:00 Qəbələ 772
"Reklama ehtiyacı yoxdur, gücünü də bilirik" - FOTOREPORTAJ

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları davam edir.

“Qırmızı-qaralar” səfərdə 1:0 hesabı ilə məğlub etdiyi “Sumqayıt”la qarşılaşıb. Baş məşqçi Elmar Baxşıyev ilk matçla müqayisədə start heyətində üç dəyişikliyə ehtiyac duyub.

Ehtiram Şahverdiyev, Stefan Vukçeviç və Omar Hani bu dəfə ehtiyatda qalıbsa, Murad Musayev, Patrik Robsonla Samet Karakoç ilk dəqiqələrdən meydana çıxıb.

Qarşılaşmaya qonaqlar daha fəal başlayıb. İlk 10-15 dəqiqədə rəqibin hücumlarının qarşısını inamla alan “Qəbələ” tədricən üstünlüyə yiyələnib və topa daha çox nəzarət edib.

Rövlan Muradov və Rafael Utziq hesabı açmaq üçün əlverişli imkanları qaçırıb. Fernan Lopesin künc zərbəsindən sonra qapı önünə təkrar ötürməsini İsnik Alimi baş zərbəsi ilə tamamlayıb.

İlk görüşdə qələbə qoluna imza atan şimali makedoniyalı ardıcıl ikinci kubok görüşündə fərqlənib. “Qırmızı-qaralar” fərqi artırmaq üçün hücumlarını davam etdirsə də, futbolçulara son zərbə zamanı dəqiqlik çatmayıb.

Meydan sahibləri “Sumqayıt”ın oyunun axarını dəyişmək cəhdlərinin qarşısını almağı da bacarıblar.

İkinci hissə də eyni ssenari ilə keçib. Fasilədən sonra sumqayıtlılar böyük qüvvə ilə irəli atılaraq hücumlar təşkil edib. Rəqibin təzyiqinin qarşısını alan “Qəbələ” əvəzetmələrlə oyunda tarazlıq yaradıb.

Hər iki komandanın qapısı önündə bir neçə yaddaqalan epizod yaransa da, hesab yalnız final fitinə 8 dəqiqə qalmış dəyişib. Qonaqlar penalti zərbəsi ilə hesabı bərabərləşdirib

. Matçın sonların qarşılıqlı hücumlarla davam edib. İki oyunun yekunundakı üstünlüyünü qoruyan “Qəbələ” növbəti mərhələyə yüksəlib.

“Qəbələ” yarımfinalda “Qarabağ”la görüşəcək. Aprelin 20-də ev matçına çıxacaq “qırmızı-qaralar” 9 gün sonra səfərdə qüvvəsini sınayacaq.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “İlk oyundan sonra da hələ mərhələ adlamadığımızı, evdə ağır görüş gözlədiyini qeyd etmişdik. “Sumqayıt” yaxşı təşkilatlanmış və yaxşı futbolçulara sahib komandadır. Ümumi götürəndə komandanın çıxışından razı qaldım. Birinci hissədə istədiyimiz oyunu göstərməyə çalışırdıq. İkinci hissədə bir az rəqib də aktivləşdi və təzyiq göstərdiyindən hesab müdafiə olunmağımızı tələb edirdi. Beş gündən bir ağır qrafiklə oynayırıq. Komandadan razıyam və qarşıdakı matçlarda daha məzmunlu futbol göstərəcəyimizə inanıram. Ümumilikdə komandadan sırf qapanmaq və hesabı qorumaq tələb olunmur. Müdafiə olunanda da hücumu, sürətlə həmlə qurmağı düşünürük. “Sumqayıt”ı da dəyərləndirmək lazımdır. ki, daha çox təzyiq edirdi. Hesab bizi müdafiəni düşünməyə məcbur edirdi. “Qarabağ”ın reklama ehtiyacı yoxdur, gücünü də bilirik. Hər mövqedə güclüdürlər. Amma komandama inanıram. “Qarabağ”a qarşı yaxşı oyun nümayiş etdirə bilərik. Əgər yarımfinaldayıqsa, niyə nəticəni düşünməyək”.

“Qəbələ” – “Sumqayıt” 1:1

Qəbələ şəhər stadionu, 1000 tamaşaçı

Baş hakim: Kamal Umudlu

Baş hakimin köməkçiləri: Rəhman İmami, Vüsal Məmmədov

Dördüncü hakim: Fərid Hacıyev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Sarı vərəqələr: Fernan Lopes, 64 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 67 (qeyri-idman hərəkəti); Ruan Renato, 68 (qeyri-idman hərəkəti); Ülvi İsgəndərov, 73 (qeyri-idman hərəkəti) // Vüqar Mustafayev, 52 (qeyri-idman hərəkəti); Höccət Haqverdi, 69 (qeyri-idman hərəkəti); Elşən Abdullayev, 89 (qeyri-idman hərəkəti)

Qollar: İsnik Alimi, 18 // Araz Abdullayev, 82 (p.)

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 3 dəq.

İlk oyun – 1:0

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

(10. Omar Hani, 57)

11. Asif Məmmədov (k)

(8. Stefan Vukçeviç, 66)

28. Murad Musayev

27. Məqsəd İsayev

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

9. Fernan Lopes

24. Patrik Robson

(14. Ülvi İsgəndərov, 62)

2. Samet Karakoç

Ehtiyat oyunçular:

1. Kristof Atanqana

36. Elməddin Sultanov

7. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

77. Emil Səfərov

33. Hüseyn Mürsəlov

Baş məşqçi: Elmar Baxşıyev

“Sumqayıt”

13. Aydın Bayramov

17. Murad Xaçayev

6. Vüqar Mustafayev (k)

(60. Elvin Məmmədov, 63)

10. Rəhim Sadıxov

(78. Araz Abdullayev, 69)

7. Tellur Mütəllimov

9. Əli Qurbani

2. Dmitro Nağıyev

4. Höccət Haqverdi

74. Yusif Nəbiyev

(24. Elşən Abdullayev, 55)

5. Camaləddin Xocaniyazov

11. Rüfət Abdullazadə

Ehtiyat oyunçular:

1. Tərlan Əhmədli

25. İlnur Valiev

18. Süleyman Əhmədov

33. Eltun Turabov

15. Vüqar Bəybalayev

19. Xəzər Mahmudov

37. Nicat Əliyev

8. Səbuhi Abdullazadə

20. Ayxan Süleymanlı

Baş məşqçi: Aleksey Baqa

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti