“Qəbələ”də daha bir sponsor: “Yaxınlarda...”

14 Fevral 2022 15:00 Qəbələ 1 257
“Qəbələ”də daha bir sponsor: “Yaxınlarda...”

Cari mövsümün uğurlu iştirakçılarından olan “Qəbələ” daha bir sponsorluq müqaviləsi bağlamağa yaxındır.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib.

Sitat: “Hazırda bu istiqamətdə bir neçə şəxs və şirkətlə danışıqlar aparırıq. Görüşmələr müsbət məcrada gedir. Yəqin ki, yaxınlarda nəticəsini açıqlayacağıq”.

“Qəbələ” İdman Klubu son olaraq “West Hospital” klinikası ilə tibbi tərəfdaşlıq müqaviləsi imzalayıb. Tərəflər arasında əməkdaşlıq razılaşması 1,5 illik nəzərdə tutulub.

Müqaviləyə əsasən, “West Hospital”ın loqosu “Qəbələ”nin əsas komandasının formasının qolunda əks olunub. Klubun stadionunda və mətbuat konfransı zalında da loqo yer alıb.

Əyalət klubu mövsümün əvvəlində Azərbaycanın otel sektorunda liderlərdən sayılan “Qafqaz Hotels&Resorts”la əməkdaşlığa başlayıb.

Razılaşma 1 il müddətinə imzalanıb. Eyni zamanda “Qəbələ” İdman Klubu və “Gilan&Knauf” arasında titul sponsorluğu ilə bağlı 1 il müddətinə müqavilə bağlanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti