"Qarabağ" haqqında danışdı: "Güclü rəqibdir, onlara hörmət edirik"

13 Fevral 2022 23:40 Qəbələ 753
"Qarabağ" haqqında danışdı: "Güclü rəqibdir, onlara hörmət edirik"

"Yarımfinala vəsiqə qazandığımız üçün sevinirəm".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu İsnik Alimi evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib.

18-ci dəqiqədə hesabı açan albaniyalı yarımmüdafiəçi bildirib ki, bunu komanda şəklində bacarıblar:

"Bu gün çox yoruldum. Amma fərdi deyil, komanda oyunu ilə qalib gəldik".

28 yaşlı oyunçu hərdən mərkəz müdafiəçisi qismindəçıxış etməsinin səbəbini açıqlayıb:

"Ötən oyunda Ruan Renato cəzalı olduğu üçün müdafiənin mərkəzində çıxış etdim. Əsl mövqeyim orta sahədir. Öz yerimə qayıtdığım üçün şadam".

Alimi yarımfinalda qarşılaşacaqları "Qarabağ" haqqında da danışıb: "Güclü rəqibdir, onlara hörmət edirik. Amma öz oyunumuzu göstərməyə çalışacağıq ki, finala adlayaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti