“Mən bu futbolçunu görməmişəm və tanımıram”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Əyalət tımsilçisi "transfer pənrəcəsi"nin son günündə Ramin Dubini “rənglərinə bağlayıb”. Belə ki, mərkəz hücumçusu ilə 1,5 illik müqavilə imzalanıb.
Qanalı ötən mövsüm Gürcüstanda 2 klubun şərəfini qoruyub. Belə ki, 2021-ci ilin iyununadək yüksək liqada "Samtredia"da (4 matç), sonra isə II liqada "Şevardeni"də (18 oyun, 7 qol) çıxış edib.
Yaxında "Keşlə"də baxışda olan afrikalı 4 aylıü mqavilə şərtləri ilə razılaşmayıb. Baxşıyevin bildirdiyinə görə, Dubi əvəzedici heyətdə forma geyinəcək:
“O, əsas komanda üçün nəzərdə tutulmuş transfer deyil. Biz artıq iki transfer etmişik, indi də Ürfan Abbasovun zədədən qayıtmasını gözləyirik.
“Qəbələ”də hər kəsin öz işi var. Mən də başımı aşağı salıb, öz işimi görürəm. Komandaya hansı futbolçu lazımdırsa, bunu biz məşqçilər müəyyənləşdiririk.
Məndən xəbərsiz hansısa futbolçu bura gəlmir. Ramin Dubi gəncdir və özünü “dubl”də göstərəcək”.

