“Bu futbolçunu icarəyə götürmək fikrimiz yoxdur”.
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında İsmayıl Zülfüqarlını icarəyə götürəcəkləri barədə yayılmış xəbərlərə aydınlıq gətirib.
O. “Neftçi”nin yarımmüdafiəçisinun gündəmlərində yer almadığını bildirib:
“Qış transferlərini bitirmişik. Patrik Robson və Samet Karakoç indi bizimlədir və başqa kiminsə gəlməsini gözləmirik.
Gözləntilərimiz yalnız zədəli futbolçularımızla bağlıdır. Onlardan Rüfət Əhmədov yavaş-yavaş özünə gəlir.
Ürfan Abbasov da artıq fərdi məşqlərə başlayıb. İki-üç həftəyə sıraya dönəcəyinə ümid edirik.
Əvvəl həkimlər bizi bir balaca qorxutmuşdu. əməliyyat olunacağı deyilmişdi. Elə olsaydı, Ürfan mövsümün sonunadək meydana çıxa bilməyəcəkdi. Yaxşı ki, vəziyyəti o qədər də ciddi deyil”.

