Bu pul "Qəbələ"nin futbolçularının ola bilər

6 Fevral 2022 16:40 Qəbələ 1 048
Bu pul "Qəbələ"nin futbolçularının ola bilər

«Qəbələ»nin futbolçularını mükafat gözləyir.

Bunun üçün «qırmızı-qaralar» ölkə kubokunun yarımfinalına vəsiqə qazanmlıdır.

Əyalət təmsilçisi «Sumqayıt»ı ¼ final mərhələsindən uzaqlaşdırarsa, oyunçularının hər birinə 1500 manat ödəyəcək.

Tərəflər arasında keçirilən ilk görüş «Qəbələ»nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İsnik Alimi 26-cı dəqiqədə penalti zərbəsini dəqiqliklə yerinə yetirib.

Rəqiblər fevralın 13-də Qəbələdə cavab matçına çıxıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti