Həyatındakı ilki Azərbaycanda gerçəkləşdirdi – "Hətta bəzi futbolçular mənə..."

5 Fevral 2022 14:00 Qəbələ 783
Həyatındakı ilki Azərbaycanda gerçəkləşdirdi – "Hətta bəzi futbolçular mənə..."

“Bu qolun əhəmiyyəti mənim üçün böyükdür.

12 illik peşəkar karyeramda ilk dəfə ad günümdə qol vurdum”.

“Qəbələ”nin legioneri İsnik Alimi Sportinfo.az-a açıqlamasında fevralın 2-də “Kapital Bank Arena”da “Sumqayıt”ın qapısından keçirdiyi topu karyerasında ən yaddaqalan qol olduğunu bildirib.

Həmin gün makedoniyalı yarımmüdafiəçinin doğum günüydü. 28 yaşını “kimyaçılar”la səfər qarşılaşmasında tamamlayan Alimi penati nöqtəsinə yaxınlaşarkən həyəcanlı deyilmiş.

O, həmin anı bu cür xatırlayır: “Həm ad günüm idi, həm də komandama qələbə gətirən qol oldu. Buna görə də ikiqat sevincli idim. Qətiyyən həyəcan yox idi.

Çünki mən hər dəfə topa tərəf gedəndə müsbət şeylər haqda düşünürəm. Bu dəfə də niyyətim topu tora qovuşdurmaq idi. Gördüyünüz kimi, uğurlu alındı”.

Adətən, bu cür hallarda oyundan əvvəl komanda yoldaşları ad günü səbəbkarına qol vuracağı ilə bağlı mesaj verir. Yaxud onun qol vurmasına şərait yaradır.

Maraqlıdır, “Qəbələ”dən kim(lər)sə İsnikə “Sumqayıt”ın qapısına yol tapacağı ilə bağlı nəsə demişdi? 90 dəqiqənin tamamında adını tabloya yazıdracağını gözləyirdi?:

“Oyundan əvvəl komandada qələbəyə hədsiz inam var idi. Hətta bəzi futbolçular mənə zarafatla qol vurmalı olduğumu demişdilər. Hakimin penalti qərarı zamanı hamı mənə baxırdı. Mən də onların ümidlərini boşa vermədim”.

İsnik Alimi cari mövsümdə “qırmızı-qaralar”ın heyətində meydana çıxdığı 16 matçda 5 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı