“Qəbələ“nin bu transferə görə düşdüyü xərc

4 Fevral 2022 23:40 Qəbələ 1 167
“Qəbələ“nin bu transferə görə düşdüyü xərc

“Qəbələ”nin qış fasiləsində ikinci transferi olan Samet Karakoçun bəzi müqavilə şərtləri bilinib.

20 yaşlı müdafiəçi ilə 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulan anlaşmaya imza atan bölgə təmsilçisi 3000 min dollar civarında əməkhaqqı ödəyəcək.

Son klubu “Bayrampaşa” olan Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb edilib.

O, sol cinah müdafiəçisi olsa da, arxa xəttin mərkəzində də çıxış edir. Karakoç Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib.

"Qəbələ“nin bu transfer i reallaşdırmasına keçmiş futbolçusu yardımçı olub. Belə ki, illər əvvəl buradan forma geyinən, hazırda isə millinin meneceri vəzifəsini yerinə yetirən İlqar Qurbanov vasitəçilik missiyasını öz üzərinə götürüb.

Razılaşmaya əsasən, «Qəbələ» Karakoçdan razı qalarsa, onunla müqaviləni 1 il müddətinə uzadacaq və daha yüksək əməkhaqqı ilə təmin edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti