"Qəbələ" Muradına qovuşa biləcəkmi?

4 Fevral 2022 19:40 Qəbələ 771
"Qəbələ" Muradına qovuşa biləcəkmi?

"Qəbələ" Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Sumqayıt"ı səfərdə məğlub (0-1) etməyi bacardı.

Komandanın əsas heyət üzvlərindən sayılan Murad Musayev isə ağır keçən qarşılaşmanı sona kimi ehtiyat skamiyadan izləmək məcburiyyətində qaldı.

27 yaşlı müdafiəçinin komandasına kömək edə bilməməsinə səbəb onun xəstələnməsi üzündən Antalyadakı toplanışda istənilən kimi hazırlıq keçə bilməməsi olub.

Baş məşqçi Elmar Baxşıyev kubok görüşü olduğunu nəzərə alaraq riskə getməkdənsə Musayevi qorumağı üstün tutub.

Bölgə klubu növbəti həftə Premyer Liqanın 15-ci turu çərçivəsində "Sabah"ın qonağı olacaq. Həmin matça kimi təcrübəli oyunçunun tam hazır olacağı gözlənilir.

"Sabah" - "Qəbələ" görüşü fevralın 8-i, 17:00-da "Bank Respublika Arena"da start götürəcək.

XANOĞLAN / SPORTİNFO

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti