"Qəbələ"li azarkeşlərdən Aliminin qoluna maraqlı REAKSİYA

2 Fevral 2022 20:20 Qəbələ 1 016
"Qəbələ"li azarkeşlərdən Aliminin qoluna maraqlı REAKSİYA

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Sumqayıt" "Qəbələ"ni qəbul edir.

Hazırda ikinci hissəsi oynanılan matçda qonaqların üstünlüyü davam edir.

Matçdakı yeganə qolu 26-cı dəqiqədə bölgə klubunun albaniyalı legioneri İsnik Alimi penaldan vurub.

Əcnəbi oyunçunun vurduğu qolu komandanı dəstəkləmək üçün Qəbələdən Sumqayıta gələn azarkeşlər "happy Birthday to You" şuarın səsləndirərək qeyd ediblər.

Bu səbəbsiz deyil. Belə ki, Aliminin bu gün doğum günüdür. Azarkeşlər də bu şuarla sevimli futbolçularının xoş gününü unutmadıqlarını göstərmiş olublar. Legioner oyunçunun bu gün 28 yaşı tamam olur.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti