“Qəbələ”nin qış fasiləsində ikinci transferi Samet Karakoç oldu.
Onadək Patrik Robson de Souza Monteyronu icarəyə götürən “qırmızı-qaralar” Azərbaycanın U-21 yığmasının futbolçusunu heyətinə qatdı.
20 yaşlı müdafiəçi ilə 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalandı.Son klubu “Bayrampaşa” olan Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb edilib.
O, sol cinah müdafiəçisi olsa da, arxa xəttin mərkəzində də çıxış edir. Karakoç Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib.
“Qəbələ“nin bu transferi reallaşdırmasına keçmiş futbolçusu yardımçı olub.
Belə ki, illər əvvəl buradan forma geyinən, hazırda isə millinin meneceri vəzifəsini yerinə yetirən İlqar Qurbanov vasitəçilik missiyasını öz üzərinə götürüb.
SPORTİNFO.AZ

