"Qəbələ"dən yeni transfer: Mövsümünün sonunadək

31 Yanvar 2022 16:00 Qəbələ 1 054
"Qəbələ"dən yeni transfer: Mövsümünün sonunadək

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib.

Sportinfo.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycanın U-21 yığmasının futbolçusu Samet Karakoçla müqavilə imzalayıb.

20 yaşlı müdafiəçinin sözləşməsi 2022/2023 mövsümünün sonunadək nəzərdə tutulub.

Son klubu “Bayrampaşa” olan Samet Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb olunub. O, sol cinah müdafiəçisi olsa da, arxa xəttin mərkəzində də çıxış edir.

Karakoç Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib. “Qəbələ” daha əvvəl Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti