Gənclər yığmamızın müdafiəçisi Samed Karakoç «Bayrampaşa»dan ayrılıb.
20 yaşlı oyunçu artıq Azərbaycandadır.
«Qəbələ»nin formasını geyinmək üçün Türkiyənin III Liqa klubu ilə vidalaşan gənc bu gün rəsmi imzanı atacaq.
Bölgə təmsilçisindən Sportinfo.az-a verilən məlumata görə, onunla 4 aylıq müqavilə nəzərdə tutulub.
Anlaşmaya əsasən, şərtlər hər iki tərəf üçün uyğun olarsa, yayda kontrakt daha 1 il müddətinə uzadılacaq.

