«Qəbələ» yeni ilin ikinci transferini həyata keçirib.
Əyalət təmsilçisi Patrik Alfinetedən sonra Samet Karakoçun transferində son gəlib.
Avrokuboklar uğrunda mübarizə aparan bölgə klubu bununla bağlı «Bayrampaşa» ilə razılıq əldə edib.
Türkiyənin III Liqa nümayəndəsi 6000 dollar qarşılığında müdafiəçinin «Qəbələ»yə transferinə «yaşıl işıq» yandırıb.
Gəqclər yığmamıza da dəvət alan sol cinah oyunçusu ilə anlaşmanın müddəti 6 aydır.
SPORTİNFO.AZ

