“Qəbələ” çempionatın ilk yarısında bütün proqnozları alt-üst edərək futbol ictimaiyyətini təəccübləndirməyi bacardı.
Hər halda 14 turdan sonrakı fasiləyə ikinci pillədə yollanmaq sıradan göstərici sayıla bilməz.
Görəsən, həmin çıxışın davamını gətirmək mümkün olacaq? Bölgə təmsilçisi həlledici mərhələdə büdrəməyəcək ki?
Komandanın monteneqrolu yarımmüdafiəçisi Stefan Vukçeviç bu barədə bizə danışır:
“Uzaqgörənlik etmək istəmirəm. Onu deyə bilərəm ki, hamımız bir məqsəd üçün çalışırıq.
Məqsədimiz isə ilk 5 aydakı çıxışın davamını gətirməkdir. Əksinə, daha yaxşı olmaq istəyirik.
Hər şey gedişatdən asılı olacaq. Düşünürəm ki, düzgün yoldayıq və qarşıda hələ vaxtımız var. Zamanın xeyrimizə işləyəcəyinə ümid edirəm”.
HƏBİB / SPORTİNFO.AZ

