Bu xəbər "Qəbələ"ni SEVİNDİRƏCƏK

26 Yanvar 2022 21:20 Qəbələ 764
Bu xəbər "Qəbələ"ni SEVİNDİRƏCƏK

Antalyadakı təlim-məşq toplanışını başa vuran "Qəbələ" vətənə qayıdıb.

Bölgə klubunu qayğılandıran əsas məsələ bəzi futbolçuların müxtəlif səbəblərdən komandadan uzaq düşməsidir.

Amma bu dəfə məşqçilər korpusunu sevindirəcək xəbər gəlib. Belə ki, komandanın Bakıdakı hazırlığında ciddi zədə alan Urfan Abbasovun əməliyyat olunmayacağı dəqiqləşib.

Qardaş ölkəyə yola düşməzdən əvvəl həkimlər təcrübəli futbolçuya 3 həftəlik müalicə kursu tövsiyyə etmişdilər. Məhz bu müddət başa çatandan sonra əməliyyat olunub-olunmamaqla bağlı qərar verilməliydi.

Həkimlər bu gün yenidən zədəyə baxış keçiriblər. Müalicənin effektli olduğu məlum olub. Yekun qərar da o olub ki, futbolçu müalicə üsulu ilə bərpaya davam etsin.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!