“Qəbələ” çexlərə uduzdu

24 Yanvar 2022 18:17 Qəbələ 946
“Qəbələ” çexlərə uduzdu

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün Antalyada son yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Çexiya təmsilçisi “Bohemians”la üz-üzə gəlib.

Bu, Elmar Baxşıyevin qardaş ölkədə üçüncü sınağı olub. Bunadək Polşa “Zaqlembe”si (1:2) və Şimali Makedoniya “Boreç”i (1:0) ilə görüşən “Qəbələ” son oyunu “İC Santai” Futbol Mərkəzində keçirib və məğlubiyyətə üzülüb.

Çexiyalılar 3:1 hesabı ilə qalib gəliblər. Bu matçla toplanışı başa vuracaq “Qəbələ” sabah Azərbaycana qayıdacaq.

“Qəbələ” – “Bohemians” (Çexiya) - 1:3

Qol: İsnik Alimi, 75 (pen.)
“İC Santai” Futbol Mərkəzi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti