"Qəbələ"nin gündəliyi: Düşərgəyə gələn var - FOTOLAR

24 Yanvar 2022 02:10 Qəbələ 401
"Qəbələ"nin gündəliyi: Düşərgəyə gələn var - FOTOLAR

“Qəbələ” 2021/22 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü başa vurub.

Komanda günü bir məşqlə yekunlaşdırıb. “Qəbələ”nin Antalya toplanışındakı son məşqi toplu və topsuz çalışmalardan ibarət olub.

Hazırlıq prosesində komandamızın yeni transferi Patrik Alfinete Robson da iştirak edib. Bərpa prosesi keçən Rüfət Əhmədov fərdi məşqlə kifayətlənib.

“Qəbələ” bu gün Antalyada son yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Çexiya “Bohemians”ı ilə qarşılaşacaq.

“İC Santai” Futbol Mərkəzindəki qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"