Bunu Azərbaycan klublarından ilk dəfə “Qəbələ” etdi - FOTOLAR

22 Yanvar 2022 01:10 Qəbələ 1 249
Bunu Azərbaycan klublarından ilk dəfə “Qəbələ” etdi - FOTOLAR

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar” Şimali Makedoniya təmsilçisi “Boreç”lə üz-üzə gəlib.

“İC Santai” otelinin futbol mərkəzində baş tutan matçın hər hissəsi 35 dəqiqədən ibarət olub.

Antalya toplanışındakı ikinci sınaqda baş məşqçi Elmar Baxşıyev start heyətində aşağıdakı “11-liy”ə şans verib:

Kristof Atanqana, Ruan Renato, Kamal Mirzəyev, Məqsəd İsayev, Emil Səfərov, Ehtiram Şahverdiyev, İsnik Alimi, Fernan Lopez, Omar Hani, Rövlan Muradov, Ülvi İskəndərov.

Hər hissəsi 35 dəqiqədən ibarət olan qarşılaşma “Qəbələ”nin üstünlüyü ilə keçib. Bir neçə qol imkanı yaradan “qırmızı-qaralar” bu epizodlardan birindən yararlanıb.

11-ci dəqiqədə Omar Hani fərqlənib. Bu top komandaya minimal hesablı qələbə qazandırıb.

İkinci hissədə hər iki komandanın heyətində oyunçu dəyişiklikləri olsa da, hesab dəyişməyib. Bu, “Qəbələ”nin Antalya toplanışında, eyni zamanda Azərbaycan komandalarının 2022-ci ildə keçirilən oyunlarda ilk qələbəsi olub.

Türkiyə toplanışındakı ilk matçında Polşa “Zaqlembe”si ilə görüşən (1:2) “qırmızı-qaralar” yanvarın 24-də Çexiya “Bohemians”ı ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti