Yeni transferin başına gələn PROBLEM – Antalyaya getməyəcək!

20 Yanvar 2022 16:00 Qəbələ 1 465
Yeni transferin başına gələn PROBLEM – Antalyaya getməyəcək!

Cari mövsümü mükafatçılar sırasında aşa vurmağı hədəfləyən “Qəbələ” qış fasiləsində hələ ki, bir futbolçunun keçidini həll edib.

Bu, braziliyalı tam adı Patrik Robson de Souza Monteyrodur.

“Qırmızı-qaralar” 23 yaşlı hücumçunu Avstriya “Admira”sından 1,5 illik icarəyə götürüb.

Lakin Patrik Robson yeni komandasına qoşulmayıb. Səbəb koronavirusa yoluxması səbəbindən Braziliyada qalmasıdır.

“Sambaçı” “Qəbələ”yə Antalyada yox, Azərbaycanda qoşulacaq. Bölgə təmsilçisi Türkiyə toplanışını yanvarın 25-də başa vurub vətənə qayıdandan sonra.

Bu haqda məlumatı saytımıza klubun mətbuat katibi Anar Hacıyev verib.

Gənc və yeniyetmə yaşlarında vətənində “Amerika”, “Bonsusesso”, “Friburquense” kimi komandaların şərəfini qoruyan Patrikin ilk peşəkar klubu Avstriyada “Hom” olub.

O, ötən ilin yayında “Admira” ilə müqavilə bağlayıb ki, Avtriya Bundesliqasında avqustdan dekabra qədər meydana çıxdığı 8 oyunda (226 dəqiqə) 1 qol vurub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi