“Qəbələ”dən FOTOREPORTAJ – Görün, Antalyada nə edirlər

18 Yanvar 2022 02:10 Qəbələ 567
“Qəbələ”dən FOTOREPORTAJ – Görün, Antalyada nə edirlər

“Qəbələ” 2021/22 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 2-ci gününü başa vurub.

Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıblar.

Günün ilk məşqi fitnes zalında baş tutub. Futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər. Günün ikinci yarısında baş tutan məşq prosesi meydançada keçirilib.

Komanda üzvləri toplu çalışmaları yerinə yetiriblər. Məşq ikitərəfli oyunla başa çatıb. Zədədən sonra bərpa prosesi keçən Rüfət Əhmədov fərdi hazırlığını davam etdirib.

Digər Xəbərlər
Xəbər Lenti