“Mənə dedi, heç yerə getmirəm və söz verdi ki...”

12 Yanvar 2022 15:00 Qəbələ 720
“Mənə dedi, heç yerə getmirəm və söz verdi ki...”

“Qəbələ"nin legioneri Omar Hanni bir neçə klubun maraq dairəsindədir.

İordaniyalı yarımmüdafiəçinin əvvəllər çıxış etdiyi Kipr çempionatında yarışan “Pafos” onun xidmətində maraqlıdı.

Hanninin həm də “Samsunspor”un transfer siyahısında yer alıb. Amma "Qəbələ” müqaviləsi mövsüm sonunda bitəcək ərəbi vaxtından öncə geri göndərmək fikrindən uzaqdır.

Bu barədə Sportinfo.az-a baş məşqçi Elmar Baxşıyev bildirib:

“O, “Neftçi” ilə son turda keçirilən matç qurtaran kimi mənə yaxınlaşdı və təşəkkür etdi. Dedi ki, bura gələn ərəfədə oyun praktikası olmasa da, ona kifayət qədər şans vermişik.

“Qəbələ”də yaradılan şəraitdən razı qaldığını söylədi. Söz verdi ki, yeni ildən sonra daha yaxşı çıxış edəcək və komandanın uğur qazanmasına yardımçı olacaq.

Onu da dedi ki, müqavilə müddəti başa çatanadək burada qalacaq, harasa getməyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti