"Qəbələ"yə seçilmək istəyirsiz?

12 Yanvar 2022 02:40 Qəbələ 458
"Qəbələ"yə seçilmək istəyirsiz?

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına qış seçimləri elan edir.

Sportinfo.az xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda yanvarın 15-də 2004-2010-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək.

Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

Tel: 050 290 00 63, 055 511 39 65

Email: recruitment@gabalafc.az

Seçim tarixi:

Qəbələ Şəhər Stadionu

15 yanvar – 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010-cu il təvəllüdlü futbolçular

Seçimlər saat 11:00-da başlayacaq. Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər.

Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda