Braziliyalı hücumçu rəsmən Azərbaycan klubunda

12 Yanvar 2022 00:30 Qəbələ 1 281
Braziliyalı hücumçu rəsmən Azərbaycan klubunda

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Klubun rəsmi saytı ilk dəfə Sportinfo.az-ın yaydığı xəbəri az öncə təsdiqləyib.

"Qırmızı-qaralar” Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.

Braziliyalı hücumçu Avstriyanın “Admira” klubundan icarəyə götürülüb. 24 yaşlı cənubi amerikalı 1,5 il “Qəbələ”nin formasını geyinəcək.

Braziliyada “Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edən Patrik peşəkar karyerasına Avstriyada başlayıb.

2020/21 mövsümündə “Horn”da (30 matçda 6 dəə fərqlənib) çıxış edən forvard ötən ilin yayında “Admira”ya keçib. O, cari mövsümdə cəmi 2 oyuna çıxıb və qol vura bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti