“Qəbələ”, axır ki, onu razı saldı - SON DƏQİQƏ TRANSFERİ

11 Yanvar 2022 22:40 Qəbələ 1 232
“Qəbələ”, axır ki, onu razı saldı - SON DƏQİQƏ TRANSFERİ

“Qəbələ”nin ötən ilin yayından başlatdığı transfer danışıqları, nəhayət ki, başa çatıb.

“Qırmızı-qaralar” "Admira Vakker"in hücumameylli yarımmüdafiəçisi Patrik Robson de Souza Monteyro (Alfinete) ilə anlaşıb.

Əyalət təmsilçisi braziliyalı legioneri Avstriya klubundan 6 aylıq icarəyə götürüb.

Patrik Alfinete cari mövsüm hazırkı klubunda cəmi 2 oyun keçirib və qol vura bilməyib. 23 yaşlı “sambaçı” daha əvvəl Avstriyada - "Horn"da çıxış edib və 30 matçda 6 dəfə fərqlənib.

O, “America RJ” “Bonsucesso” və “Friburquense”də də forma geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti