“Onu gətirə bilsək, başqa legioner almayacağıq”

11 Yanvar 2022 16:00 Qəbələ 1 302
“Onu gətirə bilsək, başqa legioner almayacağıq”

“Bizə hər gün yeni legionerlər təklif olunur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Klubun transfer gündəmi barədə danışan mütəxəssis Avstriyada “Admira Vakker”in formasını geyinən Patrik Alfinete ilə danışıqların uzandığını bildirib.

O, braziliyalı hücumameylli yarımmüdafiəçinin qərar verməyə tələsmədiyini söyləyib. Baxşıyev belə vəziyyətdə transfer çalışmalarını genişləndirməyə ehtiyac duymur:

“Patriki gətirə bilsək, başqa legioner almayacağıq. Əsas üstünlüyü ona vermişik. Təklif olunanların sayı kifayət qədərdir.

Hələ mənim bəyəndiyim yoxdur. Legioner seçimi ikiqat diqqət və araşdırma tələb edir.

Çox sevinirəm ki, bu mövsüm heyətə qatdığımız legionerlərin hamısı yaxşı çıxdı. Gətirdiyimiz futbolçuların hər biri komandaya böyük fayda verir.

Bu xətdən kənara çıxmaq, hər yoldan keçəni komandaya götürmək fikrində deyiləm”.

Digər Xəbərlər
Xəbər Lenti