"Dır-dır" "Qəbələ"yə əlavə problem yaratdı: "Elə futbolçu yoxdur ki…"

10 Yanvar 2022 14:00 Qəbələ 802
"Dır-dır" "Qəbələ"yə əlavə problem yaratdı: "Elə futbolçu yoxdur ki…"

«Bizim üçün gözlənilməz hadisədir, amma neyləyək, iş belə gətirib».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Komandanın aparıcı futbolçularından Ürfan Abbasov zədə alıb. Sol cinah müdafiəçisinin üzləşdiyi xəsarət kifayət qədər ciddidir və mövsümü onun üçün artıq başa çatmış saymaq olar. Abbasovun əməliyyata alınması istisna edilmir.

Baxşıyevi dinləyək: «Onun sağ dizində problem yaranıb. Bu da «dır-dır» vaxtı olub.

Elə futbolçu yoxdur ki, «dır-dır»a getməsin. Vaxtilə mən də futbolçu karyeramı davam etdirəndə ora gedirdim.

Ürfan tibbi müayinədən keçiriləcək. Həkimlərin dediyinə görə, olda bilsin, heç əməliyyata ehtiyac yaranmasın. Müalicənin gedişinə baxacağıq.

Ona hələ dəqiq diaqnoz qoyulmadığından, bilmirik həmin mövqeyə yeni futbolçu gətirmək lazım olacaq, ya yox».

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!