"Qəbələ"də LİDER ÜZÜNTÜSÜ: "İlk dəfədir ki, belə halla üzləşirəm"

10 Yanvar 2022 17:20 Qəbələ 1 092
"Qəbələ"də LİDER ÜZÜNTÜSÜ: "İlk dəfədir ki, belə halla üzləşirəm"

"Çarpaz bağlarım qopub".

Bunu Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi Urfan Abbasov dilə gətirib.

O, ilk dəfə belə zədə ilə üz-üzə qaldığını böyük üzüntü ilə dilə gətirib:

"Çox güman ki, əməliyyat olunacam. Həkimlər bu qənaətə gəliblər. İlk dəfədir belə ağır zədə ilə üzləşirəm. Çox təəssüf ki, mövsüm mənim üçün başa çatdı".

29 yaşlı müdafiəçi bu mövsüm bütün görüşləri meydanda olub. O, 14 qarşılaşmada 1 qol və 2 asistlə yadda qalmağı bacarıb.

Hazırkı mövsümün gedişində "Qəbələ"nin daha üçün futbolçusu - Atanqana Kristof, Yaovi Akakpo və Rüfət Əhmədovun da müxtəlif vaxtlarda əməliyyat olunduğunu bildirək.

Birinci qısa müddət sonra sıraya dönübsə, digərləri uzun müddətdir komandadan uzaqdılar.

Digər Xəbərlər
Xəbər Lenti