"Qəbələ"ni evindən didərgin salan SƏBƏB

7 Yanvar 2022 23:20 Qəbələ 711
"Qəbələ"ni evindən didərgin salan SƏBƏB

"Qəbələ" mövsümün qalan bölümünün hazırlığına dünən start verdi.

Komanda üzvləri Bakı Olimpiya Stadionun yardımçı meydançasında bir araya gəldi.

Bölgə klubu hazırlığın ikinci mərhələsi üçün ayın 15-i Türkiyəyə yola düşəcək.

Həmin tarixə kimi Elmar Baxşıyevin yetirmələri hazırlığını BOS-da davam etdirəcək.

Maraqlı sual yaranır - Klubun Qəbələdə hər cür şəraitli bazası olduğu halda niyə BOS?

Amma sualımız heç də cavabsız deyil. Buna səbəb maliyyə itkisinin qarşısını almaq istəyidir.

Belə ki, komandanın Qəbələdə bir araya gəlməsi üçün oteldə yerləşməsi lazımdır. Bu isə əlavə xərc tələb edir.

Əksər futbolçuların Bakıda yaşamasını nəzərə alana rəhbərlik hazırlığı da paytaxta salmaq həmin xərclərdən azad olmuş olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı