"Qəbələ" ilə razılaşdılar

7 Yanvar 2022 09:40 Qəbələ 686
"Qəbələ" ilə razılaşdılar

Sportinfo.az xəbər verir ki, mövsümün ikinci yarısının hazırlığına start verən “Qəbələ”nin yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

Bakıdakı toplanışı yanvarın 15-də başa vurduqdan sonra Türkiyənin Antalya şəhərinə yollanacaq “qırmızı-qaralar” ayın 25-dək qonşu ölkədə hazırlıq keçəcək.

Bu müddətdə komanda üç sınaq matçına çıxacaq. Hər üç qarşılaşma qonşu ölkədə təşkil olunacaq.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda ilk sınağına yanvarın 18-də çıxacaq.

Rəqib Polşa təmsilçisi “Zaqlembe” olacaq. Üç gün sonra – ayın 21-də “Qəbələ” Şimali Makedoniya təmsilçisi “Boreç”lə qarşılaşacaq.

Antalya toplanışında son yoxlama görüşü ayın 24-də baş tutacaq. Həmin gün komandamız Çexiya “Bohemians”ı ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu