“Qəbələ” BOS-a sığındı, legionerlərin gəlişi sonraya qaldı

6 Yanvar 2022 17:40 Qəbələ 712
“Qəbələ” BOS-a sığındı, legionerlərin gəlişi sonraya qaldı

“Qəbələ“ yeni ildə ilk məşqə çıxıb.

“Qırmızı-qaralar” Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında bir araya hılib.

Baş məşqçi Elmar Baxşıyevin Sportinfo.az-a verdiyi məlumata görə, hazırlıq prosesi yerli futbolçuların iştirakı ilə start götürüb:

“Legionerlər sabahdan yavaş-yavaş Azərbaycana qayıdacaq. Onlara 2-3 gün artıq istirahət vermişik. Baxmayın, uzaq yol gəlirlər.

Şükür, zədəlilərimiz yoxdur, hamı həvəslidir. 10 gün Bakıda qalacağıq, sonra isə Türkiyəyə gedəcəyik. Antalyada keçirəcəyimiz təlim-məşq toplanışında rəqiblərimiz yenə dəyişib.

“Boreç” (Şimali Makedoniya) və “Bohemians”la (Çexiya) matçda qüvvəmizi sınayacağıq. Şimali Makedoniya klubu ilə oyunu yanvarın 20-də, çexlərlə oyunu isə 4 gün sonraya planlaşdırılıb.

Yanvarın 18-də üz-üzə gələcəyimiz rəqib isə böyük ehtimalla, Polşadan “Zaqlembe“ olacaq.

“Teplitsa“ (Çexiya) və “Krayova“ (Rumıniya) bizə sparrinq olmaqdan son anda imtina edib. Rəqiblərimiz çox olmasa da, çalışmışıq ki, güclü komandalarla qarşılaşaq”.

Digər Xəbərlər
Xəbər Lenti