“Qəbələ” – İkisi fikrindən daşındı, ikisi dəqiqləşdi, biri də 50/50-yə

6 Yanvar 2022 10:40 Qəbələ 1 644
“Qəbələ” – İkisi fikrindən daşındı, ikisi dəqiqləşdi, biri də 50/50-yə

“Qəbələ”nin qış istirahəti bu gün başa çatacaq.

Paytaxtda bir araya gələcək kollektiv 10 gün sonra Türkiyənin yolunu tutacaq.

“Qırmızı-qaralar“ın Antalyada keçirəcəyi təlim-məşq toplanışındakı qarşılaşacağı rəqiblər yenə dəyişib.

Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda “Boreç” (Şimali Makedoniya) və “Bohemians”la (Çexiya) matçda qüvvəsini sınayacaq.

“Qəbələ”nin Şimali Makedoniya klubu ilə oyunu yanvarın 20-də, çexlərlə oyunu isə 4 gün sonraya planlaşdırılıb.

Hazırda Premyer Liqada 2-ci pillədə olan komandanın yanvarın 18-də üz-üzə gələcəyi rəqib isə böyük ehtimalla, Polşadan “Zaqlembe“ olacaq.

“Teplitsa“ (Çexiya) və “Krayova“ (Rumıniya) müxztəlif səbəblərdən “Qəbələ“yə sparrinq olmaqdan son anda imtina edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti