"Qəbələ" ilk transferini gerçəkləşdirməkdə problemlə üzləşib.
Daha əvvəl xəbər verdiyimiz kimi, əyalət təmsilçisi "Admira Vakker"in hücumameylli yarımmüdafiəçisi Patrik Robson de Souza Monteyro (Alfinete) ilə anlaşıb.
“Qırmızı-qaralar” braziliyalı legioneri Avstriya klubundan 6 aylıq icarəyə götürmək istəyir.
Patrik Alfinete cari mövsüm hazırkı klubunda cəmi 2 oyun keçirib və qol vura bilməyib. O, daha əvvəl Avstriyada - "Horn"da çıxış edib və 30 matçda 6 dəfə fərqlənib.
Daha əvvəl “America RJ” “Bonsucesso” və “Friburquense”də forma geyinib.
İndi isə… Onun başqa təklifləri var. Bu da cənubi amerikalının fikrini bir qədər qarışdırıb.
Alfinete aldığı bütün dəvətləri dəyərləndirmək istədiyini, bu üzdən Azərbaycan klubundan ondan gələcək cavabı gözləmələrini bildirib.
Hətta vaxt da qoyub - ola bilsin ki, son qərarını yanvarın sonunadək açıqlasın. 23 yaşlı “sambaçı” razılaşsa, ”Qəbələ”dən 5000 dollar əməkhaqqı alacaq.
Onun məvacininin qalan hissəsini müqavilə ilə məxsus olduğu “Admira Vakker” ödəyəcək.
SPORTİNFO.AZ

