"Qəbələ"nin gənc istedadından YENİ XƏBƏR var

3 Yanvar 2022 23:20 Qəbələ 1 541
"Qəbələ"nin gənc istedadından YENİ XƏBƏR var

"Qəbələ"nin zədəli futbolçusu Rüfət Əhmədovun bərpa prosesi davam edir.

Amma onun komandanın qış təlim-məşq toplanışında iştirak edəcəyi ehtimal edilsə də, bu, reallaşmayacaq.

Belə ki, həkimlər hələ də onun kollektiv hazırlığa qatılmasına icazə vermir. Gənc futbolçunun Türkiyə toplanışına da aparılmayacağı ehtimal edilir. O, qardaş ölkəyə aparılsa belə, orada da fərdi hazırlığını davam etdirəcək.

Xatırladaq ki, Premyer Liqanın ikinci turunda "Keşlə" ilə keçirilən görüşün (2:1 )son dəqiqələrində zədə alan gənc oyunçu AFFA-nın dəstəyi ilə Münhen klinikalarının birində diz bağlarından əməliyyat olunub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti