«Qəbələ»nin fəxri prezidenti Tale Heydərov klub idarəçiləri ilə əlaqə saxlayıb.
Londonda yaşayan iş adamı cari mövsümün geridə qalan hissəsində qazanılan uğurlu nəticələrə görə onları təbrik edib.
Fövqaladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğlu kollektivin fəaliyyətini yaxından izlədiyini, əksər oyunları izlədiyini və qeydə alınan göstəricilərə sevindiyini bildirib.
T.Heydərov «Qəbələ»nin yaşaması naminə dəstəyini əsirgəməyəcəyini, irəlidə hər şeyin daha yaxşı olacağını vəd edib.
SPORTİNFO.AZ

