Azərbaycan Premyer Liqasında qış fasiləsi davam edir.
"Qarabağ" fasiləyə lider yollandısa, "Qəbələ" surpriz şəkildə ikinci yerdə möhkəmlənməyi bacardı.
Mövsümün əvvəli böyük çətinliklər bahasına yığılan heyətlə komanda hər kəsin rəğbətini qazanmış oldu. Həm göstərilən oyunla, həm də qazanılan nəticələrlə.
Bu da təbii olaraq digər klubların burdakı futbolçulara marağını artırmasına səbəb oldu. Bir çox futbolçulara yaxşı təkliflər gəldiyi sirr deyil. Amma yerli futbolçular heç də həmin təkliflərə isti baxmır.
Belə ki, təklif alanlar qış fasiləsində komandanı tərk etmək haqqında qəti düşünmürlər. Onlar indiki durumda baş məşqçi Elmar Baxşıyevi və komandanı tək qoymaq istəmirlər.
Yaxşı başa düşürlər ki, yaxşı forma yığmalarında Elmar Baxşıyevin və hazırkı "Qəbələ"nin böyük rolu var. Və bu yolla qarşılıq verdiklərini düşünürlər.
Amma yayda daha yaxşı şərtlər qarşılığında bölgə klubundan ayrılacaq yerli futbolçuların olacağı qaçılmazdı.
SPORTİNFO.AZ

