"Onlardan hansı şərtlərimizə isti yanaşsa…"

31 Dekabr 2021 09:40 Qəbələ 617
"Onlardan hansı şərtlərimizə isti yanaşsa…"

Premyer Liqada uğurlu mövsüm keçirən "Qəbələ" qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Əyalət təmsilçisi "Admira Vakker"in hücumameylli yarımmüdafiəçisi Patrik Robson de Souza Monteyro ilə anlaşıb.

“Qırmızı-qaralar” braziliyalı legioneri Avstriya klubundan 6 aylıq icarəyə götürüb. 23 yaşlı “sambaçı” yanvarın 5-də komandaya qoşulacaq.

Patrik Robson de Souza Monteyro cari mövsüm hazırkı klubunda cəmi 2 oyun keçirib və qol vura bilməyib. O, daha əvvəl Avstriyada - "Horn"da çıxış edib və 30 matçda 6 dəfə fərqlənib.

Daha əvvəl “America RJ” “Bonsucesso” və “Friburquense”də forma geyinib.

Cənubi amerikalı ”Qəbələ”dən 5000 dollar əməkhaqqı alacaq. Onun məvacininin qalan hissəsini müqavilə ilə məxsus olduğu “Admira Vakker” ödəyəcək.

“Qəbələ”sevərləri maraqlandıran əsas sual bundan sonra komandada yeni futbolçuların olub-olmayacağıdır. Çünki “qırmızı-qaralar” mövsümü mükafatçı yerlərdən birində sona çatdırmaq istəyirsə, mütləq və mütləq güclənməlidir.

Baş məşqçi Elmar Baxşıyevin bu haqda Sportinfo.az-a dedikləri:

“Əvvəl də demişdim ki, maraq dairəmizdə olan 1-2 futbolçu var. Onu da qeyd etmişdim ki, heç olmasa, 1 futbolçu ilə güclənmək istəyirik.

Xeyli vaxtdır onları izləyirik. Onlardan hansı şərtlərimizə isti yanaşsa, yeni ilə “Qəbələ”nin formasında başlayacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti