"Qəbələ"nin daha bir oyunçusuna təklif gəldi - Bu dəfə Türkiyədən

30 Dekabr 2021 15:00 Qəbələ 2 158
"Qəbələ"nin daha bir oyunçusuna təklif gəldi - Bu dəfə Türkiyədən

Azərbaycan Premyer Liqasının ilk iki dövrəsini əla keçirən "Qəbələ"nin futbolçularına böyük maraq var.

Diqqət çəkən oyunu ilə xoş sözləri haqq edən Murad Musayev də həmin futbolçulardandır.

Mərkəz müdafiəçisinə Türkiyədən təkliflər var. Musayevlə maraqlanan klublar Türkiyə Birinci Liqa təmsilçiləridir.

Qeyd edək ki, Murad Musayevlə bərabər, bölgə klubunun bir neçə əsas heyət üzvünə də yerli və xarici klublardan ciddi maraq var.

27 yaşlı futbolçu bu mövsüm 13 oyunda forma şansı qazanmaqla komandasının ən stabil futbolçuları arasındadır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti