“Danışmışıq, hamısı deyir ki, ən azı mövsümün axırına kimi buradayıq”

28 Dekabr 2021 14:00 Qəbələ 1 230
“Danışmışıq, hamısı deyir ki, ən azı mövsümün axırına kimi buradayıq”

“Qəbələ” cari mövsümün ilk 2 dövrəsində xidmətindən yararlandığı 8 legionerin heç birinin xidmətindən imtina etməyəcək.

Bu barədə Sportinfo.az-a baş məşqçi Elmar Baxşıyev məlumat verib.

Onun sözlərinə görə, əcnəbi futbolçuların heç birinin komandanı vaxtından qabaq tərk eləmək fikri yoxdur:

“Hamısı ilə söhbətimiz olub. Burada yaradılan şəraitdən razıdırlar. Özləri də görür ki, klub onlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir, elə bir ciddi problemimiz yoxdur.

Düzdür, biz də oradan-buradan eşidirik ki, legionerlərimizlə müxtəlif klublar yaxından maraqlanır.

Birincisi, hamısının müqaviləsi var. İkincisi, hamısı deyir ki, ən azı mövsümün axırına kimi buradayıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti