“Qəbələ”yə əvvəl “ok” verdilər, indi isə… “Əziyyətli işdir”

27 Dekabr 2021 14:40 Qəbələ 1 444
“Qəbələ”yə əvvəl “ok” verdilər, indi isə… “Əziyyətli işdir”

“Hazırda rəqiblərimizi müəyyənləşdirməyə çalışırıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

“Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. “Qırmızı-qaralar” 2021/22 mövsümünün ikinci yarısının hazırlığına yanvarın 6-da start verəcək.

Elmar Baxşıyevin komandası bu mərhələdə məşqlərini Bakıda gerçəkləşdirəcək. Paytaxt toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi nəzərdə tutulmayıb.

“Qəbələ” yanvarın 15-də Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” Antalyanın Bələk bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq.

Ayın 25-dək davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama matçı baş tutacaq. Bu qarşılaşmalar yanvarın 17-də, 20-də və 24-də keçiriləcək.

Premyer Liqada qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində yollanan əyalət təmsilçisi “Teplitsa” ilə qarşılaşacaq.

“Qırmızı-qaralar” Çexiyadan olan sparrinqlə yanvarın 24-də üz-üzə gələcək. Elmar Baxşıyevin çalışdırdığı kollektiv 10 gün Antalyanın Belek bölgəsində məskunlaşacaq və 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Qəbələlilər “Teplitsa”dan savayı, “Krayova-1948“ ilə görüşməyi planlaşdırır. Amma Baxşıyevin dediyinə görə, Rumıniya klubunin Antalyaya səfər etməsi son anda sual altına düşüb:

“Əvvəlcə okey vermişdilər, indi başqa söz deyirlər. Hələ dəqiq heç nə bilinmir. Ora gediriksə, gərək güclkü sparrinqlərlə qarşılaşaq.

Qış vaxtı Bakıda, yaxud Qəbələdə qalıb məşq etmək əlverişsizdir. Keçən mövsüm bunun necə əziyyətli olduğunu gördük.

Gündə bir məşqlə təlim-məşq toplanışı keçmək olmur. Komanda yaxşı gedir, fasilə müddətini də buna uyğun qurmalıyıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti